22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Qrizmann Fransa və Mərakeş matçının adamı seçilib
Tarix: 15-12-2022 11:00 | Bölmə: Manşet

Fransalı Antuan Qrizmann Qətərdə mərakeşlilərə qarşı keçirilən dünya çempionatının yarımfinalında ən yaxşı oyunçu seçilib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.
Fransalı hücumçu “Atlas Aslanları” ilə oyunda fərqlənə bilməyib. Bununla belə, komandasının ilk qolunda iştirak edib.
Xatırladaq ki, fransızlar yarımfinalda mərakeşliləri 2:0 hesabı ilə məğlub edərək turnirin finalına yüksəlib.
DÇ-2022-nin həlledici oyununda “üçrənglilər” argentinalılarla qarşılaşacaq. Onların görüşü dekabrın 18-də baş tutacaq.



Baxış sayı: 158


Bölməyə aid digər xəbərlər