22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
FIFPro həmkarlar ittifaqı iranlı futbolçunun əfv olunmasını tələb edir
Tarix: 14-12-2022 23:19 | Bölmə: Manşet


Beynəlxalq Peşəkar Futbolçular Assosiasiyaları Federasiyası (FIFPro) "Traktor" və "Rah-Ahan" komandalarının keçmiş futbolçusu Əmir Rza Nəsr Azadaninin edam hökmünün ləğvi tələbi ilə İran hakimiyyətinə müraciət edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,əvvəllər xəbər verildiyi kimi, 26 yaşlı keçmiş müdafiəçi Əmir Rza Nəsr Azadani bu ilin payızının sonlarında etiraz aksiyalarında iştirak etdiyinə görə həbs edilib, daha sonra isə futbolçunun adı edam cəzasına məhkum edilənlər siyahısına düşüb.
Bir sıra yerli mediada İran əxlaq polisi tərəfindən “uyğun olmayan hicab geyindiyi” üçün saxlanılan qızın ölümü ilə bağlı xəbərlərin yayılmasından sonra ölkədə sentyabr ayından kütləvi iğtişaşlar davam edir. Bəzi məlumatlara görə, o, döyüldükdən sonra komaya düşüb və ölüb.
Beynəlxalq həmkarlar ittifaqı FIFPro Rza Azadaninin edam hökmünü şərh edir: "İranda qadın hüquqlarını və əsas azadlıqlarını dəstəkləyən etirazlardan sonra bir idmançının edam ediləcəyi ilə bağlı xəbər bizi şoka salır və qəzəbləndirir. Biz Əmirlə həmrəyik və onun cəzasının dərhal ləğv edilməsinə çağırırıq”.
Xatırladaq ki, Azadaninin çıxış etdiyi Təbriz şəhərinin “Traktor” klubuna yaydan noyabrın sonuna kimi rusiyalı məşqçi Qurban Berdıyev rəhbərlik edirdi. Mütəxəssis eyni zamanda komandanın bütün fəaliyyətinə, o cümlədən futbol akademiyasına və infrastrukturuna nəzarət etmək səlahiyyətini də alıb. O, karyerasını Rusiyada davam etdirə biləcəyi üçün “Traktor”dan ayrılıb.
Yeri gəlmişkən, Təbriz klubunun rəhbərləri bir vaxtlar qələbələrin sayını artırmaq üçün çox radikal tədbirlər görmüşdülər: “Traktor”un hər uğurlu matçına bir məhbusu həbsdən qurtarmaq üçün pul ayıracaqlarına söz vermişdilər. Görünür, bu, İranda mümkündür. Amma çətin ki, klub və ya FIFPro Azadaninin həyatını satın ala bilsin.



Baxış sayı: 239


Bölməyə aid digər xəbərlər