22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Qabriel Eskobar deyir ki, ABŞ Serb qüvvələrinin Kosovonun şimalına qaytarılmasına qarşıdır
Tarix: 14-12-2022 11:17 | Bölmə: Manşet


Amerika Birləşmiş Ştatları serb qüvvələrinin Kosovonun şimalına qayıtmasının qəti əleyhinədir.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,bunu ABŞ-ın Qərbi Balkanlar üzrə xüsusi nümayəndəsi Qabriel Eskobar deyib.
O xatırladıb ki, Kosovonun təhlükəsizlik sahəsində Vaşinqtondan ciddi zəmanətləri var - ABŞ tanınmamış respublikada NATO qüvvələrinin tərkibində iştirak edir.
Eskobara Serbiyanın baş naziri cavab verib. O, qeyd edib ki, ABŞ-ın xüsusi nümayəndəsi öz səlahiyyətlərindən kənara çıxıb – nədənsə o, Təhlükəsizlik Şurasının rolunu öz üzərinə götürüb və faktiki olaraq BMT-nin qətnaməsini ləğv edib.
Ana Brnabiç qeyd edib ki, Priştinadan gündəlik təxribatlar olur, Qərb dünyası öz rahatlığı üçün buna göz yummağa üstünlük verir.
Brnabiç vurğulayıb ki, gündə bir neçə təxribat olur. O əlavə edib ki, Zubin Potok və Kosovska Mitrovitsaya dişlərinə qədər silahlı insanlar gəlir. Onlar şəhər meriyasına soxularaq Serbiya xalqını təxribata çəkməyə və vəziyyəti sabitsizləşdirməyə çalışırlar.
Üstəlik, onların etdikləri hər şey Brüssel razılaşmasına ziddir. Bununla belə, Avropa İttifaqı bu təxribatlara reaksiya verməməyə üstünlük verir, deyə Serbiyanın baş naziri Ana Brnabiç yekunlaşdırıb.



Baxış sayı: 156


Bölməyə aid digər xəbərlər