22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Hollandiya – Argentina matçının baş hakimi dünya çempionatının sonuna qədər futboldan uzaqlaşdırılıb
Tarix: 13-12-2022 19:44 | Bölmə: Manşet

Futbol hakimi Antonio Miguel Mateu Laos bundan sonra Qətərdə keçiriləcək dünya çempionatının qalan oyunlarında işləməyəcək.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,ispan futbolçu turnirin sonuna qədər diskvalifikasiya olunub.
Bu barədə "Cope" nəşri məlumat yayıb. Mənbənin sözlərinə görə, ispaniyalı referi artıq qalan 4 matçın heç birinə təyinat almayacaq. O, artıq Qətəri tərk edərək İspaniyaya gedib.
Belə ki, Laos üçün mundialda son oyun Hollandiya və Argentina arasında 1/4 final oyunu olub (penaltilər üzrə 2:2, 3:4). Onda ispan futbolçulara rekord 17 sarı və bir qırmızı vərəqə göstərib və matçdan sonra hər iki komandanın futbolçuları tərəfindən tənqid olunub.
Görüş çoxlu sayda atışma ilə yadda qalıb. Laos həm də matça kifayət qədər effektiv nəzarət etməməkdə ittiham olunur.



Baxış sayı: 163


Bölməyə aid digər xəbərlər