22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Xorvatiyalı qolkiper karyerasını "Bavariya"da davam etdirəcək
Tarix: 13-12-2022 09:40 | Bölmə: Manşet


Almaniya çempionu Dominik Livakoviçi dəvət etmək niyyətindədir. Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,münhenlilər xorvatı zədəli Manuel Noyerin əvəzləyicisi kimi görürlər.
Almaniya millisi dünya çempionatından qayıtdıqdan sonra alman qapıçı Manuel Noyer xizək sürməyə gedib və ciddi zədə alıb - ayağı sınıb. Noyer mövsümün qalan hissəsi üçün sıradan çıxıb.
Monakoda icarə əsasında çıxış edən Aleksandr Nübel Münhenə qayıtmaq istəmirdi. Buna görə də “Bavariya” rəhbərliyi Zaqreb “Dinamo”sunun və Xorvatiya millisinin qapıçısı Dominik Livakoviçi dəvət edərək son müdafiə xəttini gücləndirməyə hazırlaşır. Almaniyanın ən güclü klubu artıq 27 yaşlı qolkiperin agentləri ilə danışıqlara başlayıb.
Dominik Livakoviç dünya çempionatında 5 oyun keçirib və 3 qol buraxıb. Dominik iki penalti seriyasında qalib gəlib - 1/8 finalda Yaponiya komandasına və 1/4 finalda Braziliya millisinə qarşı.



Baxış sayı: 174


Bölməyə aid digər xəbərlər