22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Putin və Ərdoğan telefonla danışıb
Tarix: 11-12-2022 20:29 | Bölmə: Manşet


Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında dekabrın 11-də əvvəlcədən razılaşdırılmış telefon danışığı olub. Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,onun keçirilməsini Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov təsdiqləyib.
Putin və Ərdoğan taxıl dəhlizinin işi, terrorla mübarizə, ikitərəfli əlaqələr və regional məsələləri müzakirə ediblər. Ərdoğan vurğulayıb ki, Moskva, Ankara, BMT və Ukraynanın birgə səyləri nəticəsində ehtiyacı olan ölkələrə 13 milyon tondan çox kənd təsərrüfatı məhsulları, əsasən də taxıl verilib. Türkiyə prezidenti rusiyalı həmkarına “taxıl dəhlizi ilə müxtəlif ərzaq məhsullarının ixracı üzrə işə başlamağı” təklif edib.
Həmçinin, Türkiyə prezidenti “Rusiya və Ukrayna arasında müharibənin tezliklə bitməsinə səmimi ümid etdiyini” bildirib. Ərdoğanın sözlərinə görə, biz çalışmalıyıq ki, Ukrayna böhranı ən qısa zamanda başa çatsın.
Eyni zamanda, Rəcəb Tayyib Ərdoğan Türkiyə-Suriya sərhədinin Suriya ərazisinin ən azı 30 kilometr dərinliyində PKK yaraqlılarından təmizlənməsinin vacibliyini yenidən israrla bəyan edib.
Ankara beynəlxalq iqtisadi arenada getdikcə daha çox əhəmiyyət kəsb edir. Və bu, təkcə taxıl müqaviləsinə görə deyil. Dekabrın 10-da “Qazprom” konserninin idarə heyətinin sədri Aleksey Miller Türkiyəyə səfərinin əsas nəticələrindən biri kimi qeyd edib ki, bu ölkə təkcə Rusiya qazı üçün tranzit ölkəyə çevrilmir. Burada Millerin sözlərinə görə, əsl qaz qovşağı yaradılır.



Baxış sayı: 143


Bölməyə aid digər xəbərlər