22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Amerikalı jurnalist futbol matçında- canlı yayımda ölüb
Tarix: 10-12-2022 11:30 | Bölmə: Manşet


Qətərdə keçirilən dünya çempionatında Hollandiya-Argentina futbol matçının canlı yayımı amerikalı idman yazarı Qrant Uol üçün faciəvi şəkildə başa çatıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,jurnalist infarktdan dünyasını dəyişib.
Qrant Uol dekabrın 9-da, cümə günü axşam saatlarında Qətərin paytaxtı Dohada Dünya Kubokunun 1/4 finalını işıqlandırarkən dünyasını dəyişib. Bu barədə onun həmkarları məlumat veriblər və Milli İctimai Radionun (Milli İctimai Radio, NPR) rəhbərliyi faciəvi xəbəri təsdiqləyib.
ABŞ Futbol Federasiyası jurnalistin ölümü ilə bağlı başsağlığı verib. Bundan əvvəl Qrant Uol dünya çempionatının oyunlarından birinə LGBT hərəkatının göy qurşağı bayrağı olan köynək geyinməsi ilə tanınıb və buna görə mühafizəçilər onu podiuma buraxmaq istəməyiblər.



Baxış sayı: 162


Bölməyə aid digər xəbərlər