22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
"Milan" "Çelsi"nin yarımmüdafiəçisini transfer etməyə hazırlaşır
Tarix: 09-12-2022 00:42 | Bölmə: Manşet


Mərakeşli Hakim Ziyeç yanvarda İtaliya çempionlarına qoşula bilər.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,söhbət futbolçunun icarəsindən gedir.
“Milan” “Çelsi” və mərakeşli yarımmüdafiəçi Hakim Ziyeçi icarəyə götürməyə hazırlaşır. Ziyeç hazırda Qətərdə keçirilən dünya çempionatında Mərakeş millisinin heyətində çıxış edir.
Hakim Ziyeç həmişə “Çelsi”-də əsas komandaya düşmür. Cari çempionatda mərakeşli cəmi 5 dəfə meydana “mavililər”də çıxıb. Ona görə də futbolçu komandanı dəyişməkdən məmnun olardı. AC Milan, satın alma ehtimalı ilə Ziyeç üçün mövsümün sonuna qədər icarə müqaviləsini nəzərdən keçirir. 29 yaşlı futbolçunun təxmini dəyəri 15 milyon avrodur.
Dünya çempionatında Hakim Ziyeç Mərakeşin tərkibində 4 oyun keçirib. Yarımmüdafiəçinin hesabında bir top var.



Baxış sayı: 183


Bölməyə aid digər xəbərlər