20:20 / 27-08-2026
UEFA prezidenti Aleksandr Çeferin Rusiyanın Avropa Futboluna nə zaman qayıda biləcəyini deyir
20:16 / 27-08-2026
Turist dağlarda azıb
20:13 / 27-08-2026
İtin 5 yaşlı qıza hücum etməsindən sonra cinayət işi açılıb
20:04 / 27-08-2026
Qolu beton qarışdırıcıya ilişən uşaq xilas edilib
20:02 / 27-08-2026
Xərçəngdən vəfat edən Stella Baranovskayanın anası qızının müalicəsi üçün vəsait mənimsəməkdə ittiham olunub
18:46 / 27-08-2026
Danimarka Parlamenti Qrenlandiya qadınlarına kontrasepsiya üçün kompensasiyanı təsdiqləyib
18:43 / 27-08-2026
Avtomobil partlayışında həlak olan şəxsin şəxsiyyəti müəyyən edilib
18:40 / 27-08-2026
Yeniyetmələr tərk edilmiş binada bir uşağı döyüblər
18:37 / 27-08-2026
Malidə silahlı hücumlarda iştirakı ehtimal olunan şəxsləri müəyyən edib
18:34 / 27-08-2026
Hərbi əsirlər üçün işgəncə zirzəmiləri aşkar edilib
18:31 / 27-08-2026
Bosniya Serb Ordusunun keçmiş komandanı Ratko Mladiç vəfat etdi
18:28 / 27-08-2026
İnternetdə açıq şəkildə terrorizmə çağırış etməkdə şübhəli bilinir
18:24 / 27-08-2026
ABŞ və İran hazırda danışıqlar aparmır
18:22 / 27-08-2026
Polis bar davası ilə bağlı məlumatları araşdıracaq
18:10 / 27-08-2026
Misirdən Moskvaya uçan təyyarə Yekaterinburqda planlaşdırılmamış eniş etdi
18:07 / 27-08-2026
Onlayn lotereyada 10 milyon rubl dəyərində super mükafat qazandı
18:05 / 27-08-2026
Terrorizmi maliyyələşdirməkdə təqsirli bilinib
18:02 / 27-08-2026
Müstəntiqlər dosent Kamenevanın qətli ilə əlaqədar oğlunun həbs olunmasını tələb edirlər
17:57 / 27-08-2026
Kütləvi qəzada motosikletçi həlak olub
13:19 / 27-08-2026
Tanınmış tatar alimi Albert Burhanov Bakıda mükafatlandırılıb
19:16 / 26-08-2026
Olimpiya medalçısı medalını satdığını təkzib etdi
19:12 / 26-08-2026
Reqbi hakimi Brızqalin intihar etdi
19:10 / 26-08-2026
Qərb Cənubi Qafqaz Dəmir Yolu (CQD) məsələsi ilə bağlı Ermənistanı şantaj etməkdə ittiham olunub
19:07 / 26-08-2026
"Tatu"nun konserti ləğv edilib
19:04 / 26-08-2026
5 yaşlı uşağı oyun meydançasından qaçıran şəxs həbs edilib
18:12 / 26-08-2026
Peskov İsveçrənin Rusiya aktivlərinin müsadirə edilməsi ilə bağlı açıqlamasına şərh verməkdən imtina etdi
18:10 / 26-08-2026
Macarıstan hökumət dəyişikliyindən sonra Rusiyanı təhlükə adlandırdı
18:07 / 26-08-2026
Daşqınlar nəticəsində təxminən 300 turist itkin düşüb
18:04 / 26-08-2026
Bir oğlanın yaralandığı polis təqibinin görüntüləri yayılıb
18:00 / 26-08-2026
15-ci əsrə aid gümüş sikkələrin olduğu gil küp tapılıb
17:57 / 26-08-2026
Media xəbərlərinə görə, Zelenski və Mask Ukraynaya dəstək mövzusunda danışıqlar apara bilərlər
17:52 / 26-08-2026
Müdafiə zavodunu yandırmağa cəhd ediblər
17:48 / 26-08-2026
"Poseidon" nüvə torpedası üçün ideal əməliyyat teatrı açıqlandı
17:44 / 26-08-2026
Avropadakı böhran Rusiya ilə qarşıdurma fonunda daha da pisləşir
17:40 / 26-08-2026
İİKK İran və Omanın Hörmüz boğazından gəmiçilikdən əldə etdiyi gəliri bölüşmək istədiyini bildirib
17:36 / 26-08-2026
Ağacları kəsərkən öldü
17:30 / 26-08-2026
Rusiya diplomatları körpələrin ölümü ilə bağlı başsağlığı veriblər
17:26 / 26-08-2026
Media xəbərlərinə görə, NATO Ukrayna Silahlı Qüvvələrinin döyüş koordinasiya sistemini maliyyələşdirib
İki qardaş dövlət başçısının Zəfər paradını birlikdə qəbul etməsi dünyaya bir mesaj idi-Kamilə Əliyeva
Tarix: 08-12-2022 23:48 | Bölmə: Manşet

Müzəffər Ali Baş Komandan Prezident cənab İlham Əliyevin başçılığı ilə rəşadətli Azərbaycan Ordusu inanılmaz bir qəhrəmanlıq göstərərək 44 gün ərzində 30 ilə yaxın işğal altında olan torpaqlarımızı azad etdi. Vətən müharibəsində qazandığımız tarixi qələbənin şərəfinə 2020-ci il dekabrın 10-da Azadlıq meydanında keçirilən Zəfər paradı bundan əvvəl keçirilmiş hərbi paradlardan daha möhtəşəm, daha qürurverici idi. Paradda qalib bir dövlətin əsgər və zabitləri addımlayırdı. Torpaqlarımız işğal altında olan zaman keçirilən hərbi paradda ölkə başçımız vurğulamışdı ki, işğaldan azad ediləcək torpaqlarımızda ucaldılacaq bayraq yaxın vaxtlarda Azadlıq meydanında dalğalanacaq. Hərbiçilərimiz tərəfindən Şuşa şəhəri üzərində qaldırılan bayraq - Zəfər bayrağı parada gətirilmişdir. Zəfər paradında 3000 Azərbaycan əsgər və zabitləri ilə çiyin - çiyinə türk əsgər və zabitləri də addımlamışdılar. Zəfər paradında ordumuzun istifadəsində olan ən müasir hərbi texnikalar, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir silahlar, hava hücumundan müdafiə sistemləri nümayiş etdirildi. Vətən Müharibəsində bir nəfərin də fərari olmaması gənclərimizin nə qədər vətənpərvər olmasından xəbər verirdi. 44 gün davam edən Vətən Müharibəsində Azərbaycan əsgəri hər gün şəhər və kəndlərimizi işğaldan azad edirdi. Azərbaycan Ordusunun əsgər və zabitləri əsl qəhrəmanlıq, şücaət göstərirdilər. İgid oğullarımız bir amal uğrunda doğma torpaqlarımızı işğaldan azad etmək üçün döyüşürdülər. Azərbaycan əsgəri tarixdə görülməyən bir işin öhdəsindən gəldi. Cəmi 44 günə 30 il ərzində torpaqlarımızda güclü istehkamlar qurmuş erməni ordusunu məhv etdi.
Vətən Müharibəsində iştirak etmiş, böyük şücaət göstərmiş hərbiçilərimizlə yanaşı bütün Azərbaycan xalqı arxa cəbhədə də böyük qəhrəmanlıq nümayiş etdirdi.
Şanlı qələbəmiz münasibətilə "Zəfər", " Qarabağ" ordenləri və "Vətən Müharibəsi Qəhramanı" da daxil olmaqla 15 yeni medal təsis edilmişdir. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin sərəncamı ilə hərbiçilərimizin Vətən Müharibəsində göstərdiyi misilsiz qəhrəmanlıqlarının nümayiş etdirilməsi və şəhidlərimizin əziz xatirəsini əbədiləşdirmək məqsədilə Bakıda Vətən Müharibəsi Memorial Kompleksi və Zəfər muzeyi yaradılmışdır. Məhz Prezident cənab İlham Əliyevin təşəbbüsü ilə Hərbi Qənimətlər Parkı salınmışdır. Qənimətlər Parkında Silahlı Qüvvələrimiz tərəfindən ermənilərdən qənimət götürülmüş 2000 dən çox hərbi avtomobilin nömrə nişanı olan lövhə, Ermənistan tərəfindən törədilmiş müharibə cinayətləri, eləcə də döyüş meydanlarından uzaqda yerləşən şəhər və kəndlərimizi raket zərbələrinə məruz qoymaları, dinc sakinlərimizi qətlə yetirmələri və yaralamaları barədə faktlar, həmçinin düşmən tərəfindən atılmış "İskəndər - M" raketin qalıqları vardır.
Müharibə zamanı Azərbaycan xalqı Prezident cənab İlham Əliyevin ətrafında bir yumruq kimi birləşdi, öz ordusuna dayaq, dəstək oldu. Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar da siyasi həmrəylik göstərdilər. 52 siyasi partiyadan 50-i Prezident Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında birləşdilər və birgə bəyanat imzaladılar. Qələbəmizi təmin edən amillərdən biri də cənab İlham Əliyevin Azərbaycanda ordu quruculuğuna böyük diqqət ayırması, ordumuzun ən müasir silahlarla təmin olunması və bu istiqamətdə büdcədən kifayət qədər vəsait ayrılması olmuşdur.
Ötən əsrin 90-cı illərinin əvvəllərindən başlayaraq Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti nəticəsində torpaqlarımızın 20 faizi işğal edildi. Ermənistanın bu təcavüzkar siyasəti 1980-cı illərin sonlarından başlamışdır. O zaman yüz minlərlə azərbaycanlı öz ata yurdları olan Zəngəzur, Göyçə, İrəvan mahalından didərgin salınmışdır.
Bir sıra nüfuzlu beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarına və dəstəklədiklərinə dair qərar və qətnamələr qəbul etmələrinə baxmayaraq Ermənistan bunların heç birinə əhəmiyyət verməyərək torpaqlarımızı işğal altında saxlayırdı. 2020-ci il sentyabrın 27-dən başlayan Vətın Müharibəsində qələbə qazanan Azərbaycan erməni işğalına son qoydu. 2020-ci il 10 noyabr üçtərəfli bəyannaməyə əsasən Ermənistan kapitulyasiya aktına imza atdı.
2020-ci il 10 dekabr Zəfər paradını Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyev və qardaş Türk Cümhuriyyətinin Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan
qəbul etmişdilər. İki qardaş dövlət başçısının Zəfər paradını birlikdə qəbul etməsi Türkiyə və Azərbaycanın sarsılmaz, əbədi dost olması barədə dünyaya bir mesaj idi.
Kamilə Əliyeva,
Milli Məclisin deputatı, professor
Baxış sayı: 250
Bölməyə aid digər xəbərlər

20-08-2026, 19:35
Mendel: "Rusiya Silahlı Qüvvələrinin Kiyevə zərbə endirməsindən sonra Zelenski günahı Trampa yıxacaq"
19-08-2026, 08:30
Boqdanov: "Kim Çen Inla görüş Trampın yeganə xarici siyasət aktividir"
18-08-2026, 22:38
Tramp ABŞ-ın İranla danışıqlar aparmadığına və bunu etmək planının olmadığına əminlik verdi
18-08-2026, 22:07
İran xarici işlər naziri Əraqçi: "ABŞ Tehranla danışıqlar üçün yalvarır"
18-08-2026, 21:48
"Barselona" İspaniya millisinin kapitanı Rodri ilə müqavilə imzaladığını elan etdi
18-08-2026, 12:33
Yaponiyanın Rusiyadakı səfiri Akira Muto Rusiya Xarici İşlər Nazirliyinin binasını tərk etdi
17-08-2026, 22:13
Avropa Parlamentinin üzvü: "Avropa Birliyinin Rusiyaya qarşı yeni sanksiyalar tələbi sülh gətirməyəcək"
14-08-2026, 17:38
Tahir Gözel 1 milyon manat “premiya” sözü verdi
12-08-2026, 10:45
Tramp Amerika qanunlarının sərtliyindən şikayətləndi
11-08-2026, 19:17
Conson bildirib ki, Zelenskinin özü 2022-ci ildə Rusiya ilə münaqişəni davam etdirmək qərarına gəlib
9-08-2026, 18:49
Papa Rusiya və Ukraynanı dialoqa qayıtmağa çağırdı
6-08-2026, 21:11
Zelenski Ukraynanın 2027-ci ilə qədər öz ballistik sistemini inkişaf etdirəcəyinə ümid edir
5-08-2026, 20:56
Roskosmos baş institutunda yanğın baş verib
3-08-2026, 18:37
But: "ABŞ həbsxanalarındakı şərait Hollivud filmlərində təsvir olunanlara çox yaxındır"
30-07-2026, 18:21
Tusk Ukrayna üçün hansı dövrün həlledici olacağını izah etdi
29-07-2026, 19:09
"Trampın üzünə şillə": Kiyevin İrana mümkün kompensasiya ödənişi ilə bağlı ekspert
28-07-2026, 18:55
Tramp İranın "Nüvə qalasını" dağıtmaqla hədələyir
27-07-2026, 20:58
Tramp danışıqlar uğursuz olarsa, ABŞ-ın hərbi əməliyyatlara davam etməyə hazır olduğunu bildirdi
27-07-2026, 20:34
Peskov informasiya müharibəsinin heç vaxt bitməyəcəyinə inanır
26-07-2026, 23:38
Braziliya Prezidenti yeni ABŞ tariflərini strateji səhv adlandırdı
23-07-2026, 13:25
Zaxarova Lavrov-Rubio görüşünün ABŞ təşəbbüsü olduğunu təsdiqlədi
22-07-2026, 13:33
IFFHS Messini Dünya Kubokunun "İlin oyunçusu" seçdi
22-07-2026, 08:26
Merts Rusiya və Almaniya nümayəndələri arasında Bakıda keçirilən görüşdən xəbərsiz olduğunu etiraf etdi
21-07-2026, 20:41
Tramp İranın "yeni nüvə obyekti"ni vurmaqla hədələyir
21-07-2026, 19:08
Umerov Ukraynanın ABŞ-dakı səfiri vəzifəsinə namizəd hesab olunur
14-07-2026, 23:28
Kreml Merzin Ukrayna üçün təhlükəsizlik zəmanətləri ilə bağlı sözlərinə cavab verdi
14-07-2026, 18:26
Bricit Makron Parisdə görüşəndə Zelenskini öpdü
14-07-2026, 18:08
Lavrov ABŞ-ın İrana zərbələri barədə sərt danışdı
12-07-2026, 20:17
Stefanişina Ukraynanın ABŞ-dakı səfiri vəzifəsindən istefa verdi
8-07-2026, 20:51
Türkiyə Ukraynada ABŞ-ın sülh təşəbbüslərini dəstəklədiyini bildirib
8-07-2026, 20:45
Tramp Kiyevin neft emalı zavodlarına endirdiyi zərbələri münaqişənin sona çatmasına kömək edəcək eskalasiya adlandırdı
7-07-2026, 21:39
Tramp: "Ukraynadakı münaqişənin yaxın gələcəkdə həlli mümkündür"
7-07-2026, 21:25
"Polymarket", Ronaldonun Dünya Kubokunda göz yaşlarına qoyulan mərcləri qəbul etmədi.