Bütün xəbərlər
Merkel Ukraynadakı münaqişənin necə bitəcəyini deyib
Tarix: 08-12-2022 02:09 | Bölmə: Manşet

Ukraynadakı münaqişə “bütün müharibələr” kimi danışıqlar masası arxasında bitəcək.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,bunu “Die Zeit” qəzetinə müsahibəsində Almaniyanın keçmiş kansleri Angela Merkel deyib.
Eyni zamanda o vurğulayıb ki, “dünyanın diktəsi” ilə “bir-biri ilə mehriban açıq söhbət” arasında fərq var. Merkel həmçinin əlavə edib ki, onun münaqişənin həlli prosesində iştirakı məsələsi buna dəyməz.
Bundan başqa, eks-kansler etiraf edib ki, Minsk razılaşmaları “Ukraynaya vaxt vermək” üçün imzalanıb, nəticədə o, güclənib. Eyni zamanda aydın idi ki, 2014-cü ildə münaqişə həll olunmayıb, sadəcə olaraq dondurulub.
Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Primakov oxunuşları” forumunda bildirib ki, “tamamilə qanuni tələblərimizi yerinə yetirməklə” böhranın həlli üçün ciddi təklif irəli sürüləcəyi təqdirdə Moskva Kiyevlə dialoqa hazırdır.


Baxış sayı: 129


Bölməyə aid digər xəbərlər