Bütün xəbərlər
Blinken ABŞ-ın Ukraynadakı səylərinin məqsədini açıqlayıb
Tarix: 07-12-2022 01:00 | Bölmə: Manşet


ABŞ dövlət katibi Entoni Blinkenin sözlərinə görə, Vaşinqtonun Kiyevə hərbi dəstəyinin məqsədi 2022-ci il fevralın 24-dən sonra Rusiya silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərin Ukrayna tərəfindən geri qaytarılmasıdır.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,bu barədə Amerika diplomatiyasının rəhbəri Wall Street Journal-ın WSJ CEO Summit konfransında bildirib. Blinken ABŞ-ın prioritetləri kimi Ukraynanın özünümüdafiə və “Rusiya təcavüzünə qarşı müqavimət” üçün lazım olan hər şeylə təmin edilməsini, habelə iqtisadi və humanitar dəstəyi göstərib.
Blinken jurnalistin Ukraynanın münaqişədə son məqsədləri və Ukrayna qoşunlarının Krıma sıçrayış ehtimalı ilə bağlı sualına birbaşa cavab verməyib. O qeyd edib ki, hara və necə irəliləyəcəyinə məhz Ukrayna hakimiyyəti qərar verir, “lakin bizim dəstəyimiz və dünyanın onlarla ölkəsinin dəstəyi ilə”.


Baxış sayı: 95


Bölməyə aid digər xəbərlər