Bütün xəbərlər
Mərakeş İspaniyanı penaltilər seriyasında məğlub etdi
Tarix: 07-12-2022 00:12 | Bölmə: Manşet


Qətərdə keçirilən dünya çempionatının daha bir 1/4 finalçısı müəyyənləşib. Mərakeş millisi görkəmli ispanları penaltilər seriyasında məğlub edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,əsas vaxtın 90 dəqiqəsində komandaların heç biri qol vurmayıb. Əlavə vaxt da qalibi müəyyən etməyib.
Penaltilər seriyasında “Atlas şirləri” daha dəqiq çıxdı – 3:0. İspanların düşərgəsində Pablo Sarabia, Karlos Soler və Serxio Buskets xal qazana bilməyib. Öz növbəsində marakalılar Abdelhamid Sabiri, Hakim Ziyech və Ashraf Hakimi cəhdlərini reallaşdırdılar.
Ardıcıl ikinci dünya çempionatında İspaniya 1/8 finala yüksələ bilməyib. Rusiyada keçirilən planetin əvvəlki çempionatında “Furi Roja” da turnirin ev sahiblərinə penaltilər seriyasında uduzmuşdu. Mərakeş millisi tarixində ilk dəfə dünya çempionatının 1/4 finalına yüksəlib.
Valid Reqraqanın yetirmələri turnirin yarımfinalına yüksəlmək üçün Portuqaliya və İsveçrə qarşıdurmasının qalibi ilə mübarizə aparacaqlar. Onların görüşü dekabrın 6-da baş tutacaq və Moskva vaxtı ilə saat 22:00-da başlayacaq.


Baxış sayı: 101


Bölməyə aid digər xəbərlər