Bütün xəbərlər
İngiltərəli yarımmüdafiəçi Sterlinqin evi qarət edilib
Tarix: 05-12-2022 14:19 | Bölmə: Manşet

İngiltərə yığmasının liderlərindən olan Rahim Sterlinq Seneqal komandası ilə oyunu buraxıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, futbolçu ailəvi səbəblərdən Londona getməli olub.
İngiltərə Seneqalı 3:0 hesabı ilə məğlub edərək dünya çempionatının 1/4 finalına yüksəlib. İngilislərin liderlərindən olan Rahim Sterlinq bu oyunda iştirak etməyib.
Yarımmüdafiəçi İngiltərə komandasını tərk edərək Qətərdən Londona yollanıb. Sterlinqin yoxluğunun rəsmi ifadəsi ailəvi səbəblərdən getməsidir. TASS-a məlum olduğu kimi, şənbə günü axşam saatlarında Rahimin evi qarət edilib. Futbolçu evə qayıtmalı olub. Sterlinqin komandaya gəlişinin vaxtı hələlik məlum deyil.
Qətərdə keçirilən dünya çempionatında "Çelsi"nin 27 yaşlı futbolçusu iki matçda iştirak edib. Sterlinq bir qol vurub.


Baxış sayı: 134


Bölməyə aid digər xəbərlər