Bütün xəbərlər
"Güclü və ümid dolu"- Pele onun üçün narahat olmamağa çağırıb
Tarix: 04-12-2022 18:59 | Bölmə: Manşet

Braziliya millisinin heyətində üçqat futbol çempionu Pele xəstəxanaya yerləşdirilməsindən danışıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,əfsanəvi futbolçu narahat olmamağa və Qətərdə keçirilən dünya çempionatında çıxış edən milli futbol komandasını izləməyə davam etməyə çağırıb.
"Dostlar! Mən hamının sakit və pozitiv olmasını istəyirəm. Mən güclüyəm və ümidlə doluyam, müalicəmi həmişəki kimi izləyirəm" deyə Pele sosial şəbəkələrdəki şəxsi hesabında yazıb: "Mənə göstərilən yardıma görə bütün həkim heyətinə təşəkkür etmək istəyirəm.Mən Allaha inanıram və sizdən gələn hər sevgi mesajı məni enerji ilə doldurur. Dünya Kubokunda Braziliyanı izləyin! Hər şey üçün çox sağ olun!"
Xatırladaq ki, bir gün əvvəl məlum olmuşdu ki, kolon xərçəngi ilə mübarizədə təyin edilən kimyaterapiya kömək etmədiyi üçün onu dayandırıb - orqanizm buna cavab vermir. Bu baxımdan, indi prosedur terapevtik effekt vermir, ancaq simptomları yüngülləşdirir, lakin onlarla mübarizə aparmır.
Pele Albert Eynşteyn Xəstəxanasında qalmağa davam edir. Həkimlər onun buraxılması ilə bağlı proqnoz vermirlər.


Baxış sayı: 117


Bölməyə aid digər xəbərlər