Bütün xəbərlər
Uruqvaylı müdafiəçinin cəzası uzadılıb
Tarix: 04-12-2022 00:42 | Bölmə: Manşet


Xose Mariya Ximenez FİFA nümayəndəsini vurub.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,futbolçu bunun təsadüfən baş verdiyini iddia edir.
Uruqvaylı futbolçu Xose Mariya Ximenez ciddi cəza ilə üzləşə bilər. Futbolçunu 15 oyunluq cəza gözləyir.
Qana millisi ilə oyundan sonra uruqvaylılar hakimlər briqadasının işindən şikayətlərini bildiriblər. Atışmaların birində Ximenez FİFA direktorlarından biri Kolin Smiti dirsəyi ilə vurub. Uruqvaylı futbolçunun bu hərəkəti kameralar tərəfindən lentə alınıb. İndi müdafiəçini 15 oyunluq cəza gözləyir. Xose Mariya özü FİFA rəsmisini təsadüfən vurduğunu iddia edir.
Uruqvay millisi Qana yığmasını 2:0 hesabı ilə məğlub etsə də, H qrupunda portuqal və koreyalılardan sonra yalnız üçüncü yeri tutmuşdur. İkiqat dünya çempionları dünya çempionatında çıxışlarını başa vurublar.


Baxış sayı: 94


Bölməyə aid digər xəbərlər