Bütün xəbərlər
Şolts NATO-nu Avropanın təhlükəsizliyinin əsas təminatçısı adlandırıb
Tarix: 02-12-2022 01:16 | Bölmə: Manşet

Şimali Atlantika Alyansı (NATO) müasir Avropada təhlükəsizliyin əsas təminatçısıdır.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,bunu NATO-nun baş katibi Yens Stoltenberqlə danışıqlardan sonra jurnalistlərə açıqlamasında Almaniya kansleri Olaf Şolts deyib.
Xatırladaq ki, NATO rəhbəri Berlində rəsmi səfərdədir. Burada baş katiblə Almaniya kansleri arasında görüş olub.
Alyansın mühüm rolunu əsaslandırmaq üçün Şolts Ukraynada baş verənləri göstərib. Kansler həmçinin Finlandiya və İsveçin tezliklə Şimali Atlantika Alyansına qoşulacağına ümid etdiyini bildirib.


Baxış sayı: 136


Bölməyə aid digər xəbərlər