Bütün xəbərlər
Almaniya - Kosta-Rika matçını qadın hakimlər briqadası idarə edəcək
Tarix: 30-11-2022 21:00 | Bölmə: Manşet


Dünya çempionatları tarixində ilk dəfə olaraq zərif cinsin nümayəndəsi baş hakim olacaq.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,E qrupunun 3-cü turunun Almaniya və Kosta-Rika yığmaları arasında keçiriləcək oyunun baş hakimi fransalı Stefani Frappart təyin olunub. Turnirin çempionatları tarixində ilk dəfə olaraq kişilərdən ibarət komandaların görüşünü qadın idarə edəcək.
Qətərdə keçirilən dünya çempionatında Frappart Meksika - Polşa matçının ehtiyat hakimi olub. İndi Stefani əsas arbitr kimi çıxış edəcək. Qadınlar da ona kömək edəcəklər - braziliyalı Neuza Back və meksikalı Karen Diaz Medina. Amma dördüncü hakim Qodurasdan Said Martinezdir.
Stefani Frappart əvvəllər kişilərin komanda oyununu idarə edib. O, Fransa çempionatı, Avropa Superkuboku 2019 və Çempionlar Liqasının qrup mərhələsinin oyunlarını idarə edib. Həmçinin fransalı qadının hesabına Dünya Çempionatının iki seçmə matçı var.


Baxış sayı: 156


Bölməyə aid digər xəbərlər