Bütün xəbərlər
Tokayev Moskvaya rəsmi səfərə gəlib
Tarix: 28-11-2022 02:41 | Bölmə: Manşet


Bazar günü, noyabrın 27-də Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Moskvaya rəsmi səfərə gəlib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,bu barədə onun mətbuat xidməti məlumat yayıb.
Tokayev Rusiya paytaxtına həmkarı Vladimir Putinin dəvəti ilə gəlib. Onların danışıqları bazar ertəsi, noyabrın 28-də baş tutmalıdır. Həmçinin dövlət başçıları videokonfrans vasitəsilə Qazaxıstan və Rusiya Regionlararası Əməkdaşlıq Forumunun işində iştirak edəcəklər.
Bundan əvvəl Kasım-Jomart Tokayev yenidən Qazaxıstan prezidenti seçilib. O, artıq and içərək dövlət başçısı vəzifəsinin icrasına başlayıb.


Baxış sayı: 117


Bölməyə aid digər xəbərlər