Bütün xəbərlər
Bioqraf Brandreth Britaniya kraliçası II Yelizavetanın ölümcül xəstəliyinin sirrini açıb
Tarix: 27-11-2022 01:51 | Bölmə: Manşet

Böyük Britaniya kraliçası II Yelizaveta həyatının son illərində nadir xərçəng növü ilə mübarizə aparırdı.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,Şahzadə Filipin yaxın dostu və bioqrafı Giles Brandreth onun xəstəliyi haqqında danışıb.
Onun sözlərinə görə, Britaniya hökmdarı mielomadan - sümük iliyinin xərçəngindən əziyyət çəkirmiş. Bu xəstəliyə görə o, sürətlə arıqlamağa və tez yorulmağa başlayıb. Mirror xəbər verir ki, həkimlər daha sonra ona hərəkətlilik problemi diaqnozu qoyublar.
Brandreth sümük ağrısının çox vaxt bu xəstəliyin əlaməti olduğunu izah etdi. Xüsusilə, xəstələr bel və ya çanaq bölgəsində şiddətli narahatlıq hiss edirlər.
II Yelizaveta sentyabrın 8-də 97 yaşında vəfat edib. Qanuna görə, taxt onun oğluna - III Karlza keçdi.


Baxış sayı: 123


Bölməyə aid digər xəbərlər