20:16 / 27-08-2026
Turist dağlarda azıb
17:36 / 26-08-2026
Ağacları kəsərkən öldü
Bütün xəbərlər
"Flamenqo" Kriştiano Ronaldo ilə maraqlanır
Tarix: 26-11-2022 00:47 | Bölmə: Manşet


"Libertadores" kubokunun sahibi- portuqaliyalıya qısamüddətli müqavilə təklif etməyə hazırdır.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,Braziliyanın ən titullu klubu "Flamenqo" Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldonu dəvət etmək niyyətindədir. "Libertadores" kubokunun qalibi-37 yaşlı portuqaliyalı ilə üç aylıq müqavilə imzalamaq istəyir.
"Flamenqo" klublararası dünya çempionatı öncəsi heyətini gücləndirmək istəyir. Bunun üçün “qırmızı-qaralar” “Mançester Yunayted”lə müqaviləyə xitam verən Kriştiano Ronaldonu dəvət etmək variantını nəzərdən keçirir. Düzdür, Braziliya klubu Portuqaliya millisinin kapitanına cəmi üç aylıq müqavilə təklif etməyə hazırdır.
Kriştiano Ronaldo hazırda Qətərdə keçirilən dünya çempionatında çıxış edir. Portuqaliyalı 1 oyun keçirib - Qana yığması ilə (3:2) və 1 qol vurub.



Baxış sayı: 204


Bölməyə aid digər xəbərlər