Bütün xəbərlər
Peskov rus hərbçilərinin vəhşicəsinə öldürülməsinə münasibət bildirib
Tarix: 24-11-2022 01:00 | Bölmə: Manşet

Rusiya Federasiyası prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, rus məhbusların edamını araşdırmaq üçün hər hansı göstəriş verməyə ehtiyac yoxdur.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,bütün səlahiyyətli orqanlar yaxşı bilirlər ki, günahkarlar tapılmalı və cəzalandırılmalıdır.
Xatırladaq ki, vəhşicəsinə qətl LPR ərazisində, Makeevka kəndində baş verib. Ən azı 11 rusiyalı hərbçi rəsmi olaraq Ukrayna Silahlı Qüvvələrinə təslim olmaq istəyib, lakin ukraynalılar onları sadəcə güllələyiblər.
BMT qətlin araşdırılmasına çağırır. Təşkilatın baş katibinin nümayəndəsinin müavini Fərhan Haq bildirib ki, insan haqlarının pozulması BMT-ni çox narahat edir.
Rusiya Federasiyasının İstintaq Komitəsi artıq rus hərbçilərinin edam edilməsi ilə bağlı cinayət işi açıb.


Baxış sayı: 122


Bölməyə aid digər xəbərlər