Bütün xəbərlər
Conson Ukraynanı “Spitfire” qırıcıları silahlandırmağı təklif etdi
Tarix: 23-11-2022 11:31 | Bölmə: Manşet


Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson CNN telekanalına müsahibəsində deyib ki, Ukraynaya pilotsuz uçuş aparatları ilə mübarizə üçün ən sadə təyyarələr, məsələn, İkinci Dünya Müharibəsindən qalma Britaniya Spitfire qırıcıları lazımdır.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,keçmiş baş nazir qeyd edib ki, London artıq Kiyevə müasir artilleriya silahlarını verib. Eyni zamanda, onun sözlərinə görə, Britaniya Ukraynaya təkcə helikopterlər deyil, həm də “kifayət qədər sürətli uça bilən” və pilotsuz təyyarələri məhv edən təyyarələr göndərmək istərdi.
“Ukraynalıların kifayət qədər “Spitfire” qırıcıları olacaq”, - deyə Conson zarafatla deyib və bu təyyarələrin artıq istehsal olunmamasından təəssüflənib.
İkinci Dünya Müharibəsi zamanı Böyük Britaniya 20.000-dən çox Spitfire qırıcısı istehsal edib. 2022-ci ilə qədər uçuşa yararlı 40-a yaxın təyyarə qalıb.



Baxış sayı: 105


Bölməyə aid digər xəbərlər