Bütün xəbərlər
Kuba prezidenti “yankilər imperiyası”nı Moskva və Havananın ümumi düşməni adlandırıb
Tarix: 23-11-2022 11:22 | Bölmə: Manşet


Kuba prezidenti Migel Diaz-Kanel hesab edir ki, Havana və Moskva “Yanke İmperiyası” qarşısında ümumi düşmənlə üz-üzədir.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,o, belə bir bəyanatla Rusiya prezidenti Vladimir Putinlə görüşdə çıxış edib.
Kuba lideri əmindir: "Yanki imperiyası dünyanın böyük bir hissəsini manipulyasiya edir. Bunu bizdən yaxşı kim bilir?" Diaz-Kanel ötən əsrin 60-cı illərində ABŞ-ın Kubaya qarşı tətbiq etdiyi ticarət və iqtisadi embarqo haqqında xatırladıb: “Biz blokadada olduğumuz üçün 60 ildən artıqdır ki, bunu yaşayırıq”.
Kuba liderinin fikrincə, Moskvaya qarşı sanksiyalar ədalətsizdir. O, əmindir ki, Rusiyanın mövqeyini dünya miqyasında müdafiə etməyə davam etmək lazımdır.
Rusiya prezidenti öz növbəsində qeyd edib ki, Moskva müstəqillik uğrunda mübarizəsində Havananı həmişə dəstəkləyib.


Baxış sayı: 105


Bölməyə aid digər xəbərlər