Bütün xəbərlər
"Yeni çağırış axtarmağın vaxtı gəldi"- Ronaldo "Mançester Yunayted"lə müqaviləni dayandırıb
Tarix: 23-11-2022 01:02 | Bölmə: Manşet


Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldo “Mançester Yunayted”lə müqaviləsini vaxtından əvvəl ləğv etməsinə münasibət bildirib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, portuqaliyalı yeni çağırışa ehtiyac olduğunu qeyd edib.
"Mançester Yunayted"lə danışıqlardan sonra biz müqavilənin vaxtından əvvəl ləğvi ilə bağlı qarşılıqlı razılığa gəldik. Mən də "Mançester Yunayted"i sevirəm.Onun pərəstişkarları kimi bu heç vaxt dəyişməyəcək”-"The Telegraph"ın  əməkdaşına deyib bu sözləri 37 yaşlı futbolçu.
"Lakin mən hesab edirəm ki, indi yeni çağırış axtarmağın vaxtıdır. Mən komandaya mövsümün qalan hissəsində və gələcək üçün uğurlar arzulayıram" deyə, o,vurğulayıb.
Futbolçu ilə klub arasında müqavilənin ləğvi çərşənbə axşamı məlum olub. Qarşılıqlı razılıq əsasında dayandırılıb.


Baxış sayı: 95


Bölməyə aid digər xəbərlər