Bütün xəbərlər
İngiltərə 56 illik dünya çempionatı rekordunu yeniləyib
Tarix: 22-11-2022 09:07 | Bölmə: Manşet


İngiltərə millisinin futbolçuları dünya çempionatının B qrupunda İranla ilk turun oyununu rekord göstərici ilə başa vurublar.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, görüş 6:2 hesabı ilə ingilislərin xeyrinə başa çatıb.
İngilislər qolla başa çatan dünya çempionatlarının ən uzun kombinasiyasının müəllifləri oldular. Söhbət Cek Qrilişin uzun müddət topa sahib olmasından əvvəl vurduğu qolla olan epizoddan gedir. Hücum zamanı Qaret Sautqeytin yetirmələri 35 ötürmə edib.
Belə uzun kombinasiya futbol üzrə dünya çempionatlarının tarixində, belə statistika aparılmağa başladığı 1966-cı ildən bəri olmamışdı. Beləliklə, İngiltərə 56 il əvvəlki nailiyyətini yeniləyib.
Britaniyalıların növbəti rəqibi ABŞ olacaq. Görüş noyabrın 25-də baş tutacaq.


Baxış sayı: 118


Bölməyə aid digər xəbərlər