Bütün xəbərlər
Ukrayna hakimiyyəti rus məhbusların edamı ilə bağlı videonu araşdırır
Tarix: 21-11-2022 00:49 | Bölmə: Manşet


Ukrayna hakimiyyəti Ukrayna Silahlı Qüvvələrinin (UAF) rus hərbçilərini gülləbaran etməsi ilə bağlı videogörüntüləri araşdırdıqlarını bildirib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bunu Ukrayna baş nazirinin müavini Olqa Stefanişina deyib.
"Əlbəttə, Ukrayna hakimiyyəti bu videonu araşdırır" Olqa Stefanişina deyib. Onun sözlərini CNBC sitat gətirir.
Noyabrın 18-də teleqram kanallarında Ukrayna Silahlı Qüvvələrinin nümayəndələrinin LPR-də əsir götürülmüş ən azı 11 rus əsgərini güllələdiyi video yayılıb. Həmçinin Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova bildirib ki, əsir götürülən rus hərbçilərinin edamına görə məsuliyyət daşıyan ukraynalı millətçilər cəzalandırılacaq.


Baxış sayı: 129


Bölməyə aid digər xəbərlər