Bütün xəbərlər
Valensiya dünya çempionatının açılış matçının ən yaxşı oyunçusudur
Tarix: 21-11-2022 00:19 | Bölmə: Manşet


Ekvador yığmasının hücumçusu Enner Valensiya dünya çempionatının qrup mərhələsinin ilk turunun Qətərlə oyunun ən yaxşı oyunçusu seçilib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,Əl-Xaur şəhərinin “El-Beyt” stadionunun meydançasında keçirilən görüş ekvadorluların 2:0 hesablı qələbəsi ilə başa çatıb. Cənubi amerikalıların hər iki qolunu Valensiya vurub. Eyni zamanda hücumçunun daha bir qolu oyundankənar vəziyyətdə olduğu üçün hesaba alınmayıb.
"Valensiya"nın 33 yaşı var, klub səviyyəsində Türkiyənin "Fənərbaxça"sında çıxış edir. O, daha əvvəl İngiltərənin "Everton" və "Vest Hem Yunayted" klublarında da çıxış edib.
Hücumçu hazırda kapitanı olduğu Ekvador millisində 75 oyun keçirib və 37 qol vurub.
Üç xalı olan Ekvador komandası “A” qrupunda liderliyə yüksəlib. Turnirin növbəti oyununda Qustavo Alfaronun yetirmələri noyabrın 25-də Hollandiya ilə qarşılaşacaq.


Baxış sayı: 116


Bölməyə aid digər xəbərlər