Bütün xəbərlər
İlon Mask Donald Trampın Twitter hesabını blokdan çıxarmağa söz verib
Tarix: 20-11-2022 12:38 | Bölmə: Manşet

Noyabrın 19-da Twitter sosial şəbəkəsinin yeni sahibi olmuş amerikalı sahibkar İlon Mask hesabı ABŞ-ın keçmiş prezidenti Donald Trampa qaytaracağını bəyan edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,Mask sosial media səhifəsində yazıb: "İnsanlar danışdı. Tramp vəzifəsinə bərpa olunacaq".
Bundan əvvəl İlon Mask Twitter-də sorğu keçirib və seçicilərin əksəriyyəti ABŞ-ın keçmiş prezidenti Donald Trampın hesabının blokdan çıxarılmasının tərəfdarı olub.
RİA Novosti xəbər verir ki, səsvermədə 15 milyona yaxın istifadəçi iştirak edib. Respondentlərin 51,8 faizi hesabın qaytarılmasının lehinə, 48,2 faizi əleyhinə səs verib. Eyni zamanda Trampın özü səsvermənin nəticələrinin necə olacağından asılı olmayaraq, Twitter-ə qayıtmağı planlaşdırmadığını bildirib.
2021-ci ildə Twitter administrasiyası Trampın hesabını bloklayıb, ona öz xidmətindən istifadə etməyi qadağan edib. Sosial şəbəkənin idarəçiləri eks-prezidentin hesabının bloklanmasını onun tvitlərindən sonra insanların iğtişaşlara başlayacağı ehtimalının yüksək olması ilə izah ediblər.


Baxış sayı: 108


Bölməyə aid digər xəbərlər