Bütün xəbərlər
Baydenin nəvəsinin Ağ Evdə toyu
Tarix: 20-11-2022 01:31 | Bölmə: Manşet


RİA Novosti xəbər verir ki, Ağ Evdə Baydenin nəvəsi Naominin toyu keçirilir.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,Ağ Evdəki toy tarixdə on doqquzuncu dəfə keçirilir.

Qanunvericiliyə görə, Amerika lideri bütün xərcləri öz üzərinə götürür.
CNN-in məlumatına görə, 28 yaşlı Naomi Baydenin, gələcək həyat yoldaşı Piter Nilin isə 25 yaşı var.Toy üç mərhələdə baş tutacaq - açıq havada nikah, daha sonra dar bir qohum və dost dairəsində ziyafət. Hər şey geniş qonaqlar qrupu üçün əyləncə və rəqslə başa çatacaq.
Mərasim bəy və gəlinin istəyi ilə mətbuata qapalı keçirilir. Mediada yayılan xəbərlərə görə, yeni evlənənlər Vaşinqtonda vəkil işləyir və avqust ayından Ağ Evdə yaşayırlar.
Baydenin özü noyabrın 20-də 80 yaşını qeyd edəcək. İlk dəfədir ki, ABŞ prezidenti vəzifədə bu yaşa çatır. Eyni zamanda, Bayden 2024-cü ildə keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürmək imkanını nəzərdən keçirir.


Baxış sayı: 121


Bölməyə aid digər xəbərlər