Bütün xəbərlər
Messi çətin seçimlər qarşısındadır
Tarix: 19-11-2022 12:49 | Bölmə: Manşet

Lionel üçün Paris Saint-Germain, Barselona və Mançester Siti iddialıdır.
Argentina yığmasının kapitanı Lionel Messi çətin seçim qarşısındadır. Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,hücumçu karyerasını davam etdirmək üçün qərar verməli olacaq.
Messinin Paris Saint-Germain ilə müqaviləsi gələn ilin yayında başa çatır. Parislilər 35 yaşlı futbolçuya yeni müqavilə imzalamağı təklif edir. Lakin Lionelin karyerasının böyük hissəsinin keçdiyi "Barselona" keçmiş kapitanı geri qaytarmaq istəyir.
“El Nacional”ın məlumatına görə, “Mançester Siti” argentinalı ilə yenidən maraqlanan Lionelin indiki və keçmiş klubları arasında mübahisəyə girməyə hazırdır. Klub Erling Haaland ilə bir dəstə Messi haqqında xəyal edir. Üstəlik, “şəhərlilər”i Lioneli yaxşı tanıyan Xosep Qvardiola çalışdırır.
Hazırda Lionelin özü dünya çempionatına diqqət yetirib. Argentina millisi ilk mərhələdə Səudiyyə Ərəbistanı, Meksika və Polşa milliləri ilə C qrupunda mübarizə aparacaq.


Baxış sayı: 107


Bölməyə aid digər xəbərlər