22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
CHP sədri Kılıçdaroğlunun qardaşı dünyasını dəyişib
Tarix: 19-11-2022 03:25 | Bölmə: Manşet

Kocaelidə yaşayan CHP sədri Kamal Kılıçdaroğlunun qardaşı Cəlal Kılıçdaroğlu evində qəfil xəstələnərək dünyasını dəyişib.
Sabaha-inamla.az türk mətbuatına istinadən xəbər verir ki,Kocaelinin İzmit rayonunda yaşayan Cəlal Kılıçdaroğlu (68) oktyabrın 10-da yoluxucu infeksiyaya yoluxaraq Kocaeli Dövlət Xəstəxanasına aparılıb. Müalicə altına alınan Kılıçdaroğlu səhhəti yaxşılaşdıqdan sonra evə buraxılıb. Evli və 2 uşaq atası Cəlal Kılıçdaroğlu bu gün saat 22.00 radələrində Karabaş məhəlləsində 5 mərtəbəli binanın 2-ci mərtəbəsindəki evində qəfildən xəstələnib. Yaxınlarının xəbərinə əsasən hadisə yerinə sağlamlıq qrupları gəlib. Ünvana gələn qruplar Cəlal Kılıçdaroğlunun həyatını itirdiyini təyin edib. Kılıçdaroğlunun cansız bədəni hadisə yerində aparılan araşdırmalardan sonra Kent Qəbiristanlığı meyitxanasına aparılıb. Cəlal Kılıçdaroğlunun ürək çatışmazlığından dünyasını dəyişdiyi öyrənilib.
Digər tərəfdən oktyabrın 14-də Kocaeliyə gələn CHP sədri Kamal Kılıçdaroğlu reanimasiyada müalicə olunan qardaşını ziyarət edib, səhhəti ilə bağlı məlumat alıb.



Baxış sayı: 170


Bölməyə aid digər xəbərlər