22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Yaponiyada inflyasiya son 40 ilin ən yüksək səviyyəsinə çatıb
Tarix: 18-11-2022 12:01 | Bölmə: Manşet


Yaponiyanın əsas istehlak inflyasiyası keçən ay 3,6% təşkil edib ki, bu da 1982-ci ilin fevralından bəri ən yüksək göstəricidir ki, bu da Yaponiya Mərkəzi Bankının inflyasiya davamlılığı hədəfi olan 2% səviyyəsindən xeyli yüksəkdir.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu, ölkənin İnzibati İşlər və Rabitə Nazirliyinin statistikasına əsasən məlum olub.
Ölkədə bahalaşmanı əks etdirən əsas göstərici yanacağın qiymətidir, lakin tez xarab olan məhsulların qiymətləri çox güclü dalğalanmalara məruz qaldığı üçün nəzərə alınmır.
Qeyd olunur ki, sentyabrda Yaponiyada inflyasiya 3,7% təşkil edib. Bu cür rəqəmlər yüksək enerji və ərzaq qiymətləri, eləcə də yenin əhəmiyyətli dərəcədə zəifləməsi səbəbindən qeydə alınıb.
Bundan əlavə, Yaponiyada artımın sürətlənməsinin 2022-ci ilin aprelindən müşahidə edildiyi bildirilir. Nəticədə, baza inflyasiyası aprel ayında ilk dəfə olaraq 2%-i keçərək 2,1%-ə çatıb.



Baxış sayı: 407


Bölməyə aid digər xəbərlər