22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Yekaterina Qubareva azadlığa buraxılıb
Tarix: 18-11-2022 11:44 | Bölmə: Manşet


Keçmiş "KXDR-in xalq qubernatoru" Pavel Qubarev həyat yoldaşı Yekaterinanın azadlıqda olduğunu söylədi.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə o, Telegram kanalında yazıb.
O, dəstəyə görə hər kəsə təşəkkürünü bildirib və əlavə edib ki, istintaqla razılaşaraq işin mahiyyətini açıqlaya bilməz. Eyni zamanda Qubarev vurğulayıb ki, əgər o, “vicdanlı soyadını gözdən salmaq üçün sistemli fəaliyyət” görübsə, o zaman bütün sirləri açmaq hüququnu özündə saxlayır.
Bundan əvvəl Rusiyanın Xerson vilayətinin hərbi-mülki administrasiyası rəhbərinin müavini Yekaterina Qubarevanın referendumdan dərhal sonra bölgəni tərk etdiyi bildirilirdi. Qadın rəqəmsallaşma və sosial siyasət məsələləri üzrə kurator vəzifəsində çalışıb. RT məmurun iqtisadi cinayət işi üzrə saxlanıldığını da bildirib.




Baxış sayı: 176


Bölməyə aid digər xəbərlər