22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Hollandiyanın baş naziri Polşada raketlərin düşməsində dolayısı ilə Rusiyanı günahlandırıb
Tarix: 16-11-2022 11:43 | Bölmə: Manşet

Hollandiyanın baş naziri Mark Rutte öz Twitter səhifəsində bildirib ki, əgər Rusiya Ukraynaya raket zərbələri endirməsəydi, Polşa ərazisinə raketlərin düşməsinin qarşısını almaq olardı.

 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,onun sözlərinə görə, Hollandiya bu münaqişədə Ukraynaya dəstəyini davam etdirəcək.
Bir şey aydındır: Rusiyanın Ukraynaya raket hücumları olmasaydı, bu baş verməzdi”, - Rutte vurğulayıb.
Polşa mediası noyabrın 15-də axşam saatlarında ölkənin şərqindəki Prjevoduv kəndinə iki raketin düşdüyünü bildirib. Sonra Varşava səlahiyyətlilərinin açıqlamalarında söhbət bir raketdən gedirdi. Polşa Xarici İşlər Nazirliyi əvvəlcə raketin Rusiyada istehsal edildiyini vurğuladı, daha sonra Polşa prezidenti Anjey Duda əmin etdi ki, Varşavada raketin kimə məxsus olduğu barədə dəqiq məlumat yoxdur. Rusiya Müdafiə Nazirliyi həmin gün Ukrayna-Polşa sərhədi yaxınlığındakı hədəflərə heç bir zərbə endirilmədiyini, Polşa mediasının məlumatının təxribat adlandırıldığını bildirib.
Bundan əvvəl ABŞ prezidenti Co Bayden digər ölkələrin liderləri ilə fövqəladə görüşdən sonra Polşaya düşən raketlərin Rusiyadan atılmasını çətin hesab edib. Onun sözlərinə görə, bunu mərmilərin trayektoriyası sübut edir. ABŞ rəsmiləri bildiriblər ki, raket Ukrayna qüvvələri tərəfindən Ukrayna infrastrukturuna zərbə endirərkən Rusiyadan gələn raketə atılıb.




Baxış sayı: 171


Bölməyə aid digər xəbərlər