22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Ronaldo "Enisey" klubuna dəvət olunub
Tarix: 16-11-2022 10:56 | Bölmə: Manşet

ÇSKA-nın sabiq qapıçısı Sergey Çepçuqov "Mançester Yunayted"in futbolçusu Kriştianu Ronaldonun qalmaqallı müsahibəsini şərh edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,37 yaşlı idmançı daha əvvəl klubun rəhbərliyini, siyasətini və məşqçilər korpusunu tənqid etmişdi. O da məlum olub ki, Ronaldonun vəkilləri “Mançester Yunayted”lə 2023-cü ilin yayına qədər qüvvədə olan müqaviləyə xitam verilməsi üzərində işə başlayıb.
Çepçuqov da öz növbəsində qeyd edib ki, Ronaldo bir vaxtlar İngiltərə klubuna uzun illər verib və baş məşqçi Aleks Ferqyusonun rəhbərliyi altında onun simvolu olub.
Onun sözlərinə görə, əgər Ronaldoya “Mançester Yunayted”də hörmət edilmirsə, o zaman futbolçu “Enisey” klubuna “ləzzət və sevgi ilə” qəbul olunacaq.
Bu mövsüm Ronaldo Premyer Liqada on oyun keçirib və cəmi bir qol vurub.



Baxış sayı: 185


Bölməyə aid digər xəbərlər