22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Ərdoğan Rusiyanın Polşadakı raket qəzasında iştirakını inkar edir
Tarix: 16-11-2022 10:28 | Bölmə: Manşet


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, əldə olunan məlumatlar Rusiyanın Polşanın raketlə vurulması ilə bağlı insidentlə heç bir əlaqəsinin olmadığını göstərir.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,Türkiyə lideri qeyd edib ki, o, Polşada raketlə bağlı insidentlə Rusiya Federasiyasının mövqeyinə “hörmət göstərir və inanır”.
Bir gün əvvəl “Associated Press” ABŞ rəsmilərinə istinadən Ukrayna hava hücumundan müdafiə qüvvələrinin atdığı raketin Polşa ərazisinə düşdüyünü bildirib. Rəsmilər qeyd edib ki, Ukraynanın hava hücumundan müdafiəsi ölkənin elektrik infrastrukturuna daha əvvəl müşahidə edilən dağıdıcı zərbə anında raket atıb.



Baxış sayı: 161


Bölməyə aid digər xəbərlər