Bütün xəbərlər
Cüdo yığmamızdan gümüş medal
Tarix: 11-09-2021 01:32 | Bölmə: Manşet

                      Cüdo yığmamızdan gümüş medal


Azərbaycanın cüdo komandası Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarında gümüş medal qazanıb.
"Qafqazinfo" xəbər verir ki, millimiz 1/4 finalda Qırğızıstana, yarımfinalda Qazaxıstana qalib gəlsə də, finalda Özbəkistana 3:5 hesabı ilə uduzub.
Finalda 100 kq çəki dərəcəsində mübarizə aparan Adil Kərimov Muzafferbek Turoboyevə, Elçin Hüseynov (66 kq) Dilşodbek Yuldoşevə, Səbinə Əliyeva (52 kq) Yulyana Maksatbayeva, Diana Şoranova (63 kq) Şukurcon Aminovaya, Nərmin Əmirli (78 kq) isə İrisxon Kurbanbayevaya məğlub olub.
Şəfəq Həmidova (48 kq) Halimajon Kurbonovaya, Rövşən Əliyev (60 kq) Kamoliddin Baxtiyorova, Zelim Tçkayev (81 kq) isə Nurbek Murtozoyevə qalib gəlib.


Baxış sayı: 162


Bölməyə aid digər xəbərlər