Bütün xəbərlər
Kamçatkada turistləri daşıyan helikopterin axtarışlarına "An-26" təyyarəsi də qoşulub
Tarix: 01-09-2024 11:25 | Bölmə: Karusel

Kamçatkada itkin düşən "Mi-8T" helikopterinin axtarışlarına aviasiya qoşulub.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Departamentin teleqram kanalına görə, Federal Hava Nəqliyyatı Agentliyi axtarışa "An-26" təyyarəsini cəlb edib.
"Kamçatka Aviasiya Müəssisəsinin donanmasının "An-26" təyyarəsi itkin vertolyotun axtarışını aparacaq", - mesajda deyilir.
Yerüstü qrup axtarış bölgəsində işlərini davam etdirir. Buraya Federal Hava Nəqliyyatı Agentliyinə tabe olan Kamçatka Regional Axtarış və Xilasetmə Bazası daxildir.
Xatırladaq ki, təyyarənin göyərtəsində 22 nəfər: 19 sərnişin və üç ekipaj üzvü olub. "Mi-8" Vaçkajets vulkanı yaxınlığındakı ərazidən Nikolaevkaya uçarkən radarlardan itib.


Baxış sayı: 100


Bölməyə aid digər xəbərlər