Bütün xəbərlər
Beynəlxalq Əməkdaşlıq Mərkəzinin rəhbəri rüşvət almaqda ittiham olunub
Tarix: 31-08-2024 20:11 | Bölmə: Karusel

Moskvanın Taqanski Rayon Məhkəməsi rüşvət almaqda və qanunsuz miqrasiyanın təşkilində ittiham olunan Beynəlxalq Əməkdaşlıq Mərkəzinin direktoru Nadejda Popovanı ev dustaqlığına çıxarıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Moskva şəhərinin ümumi yurisdiksiya məhkəmələrinin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunur ki, sentyabrın 21-dək müəyyən qadağa və məhdudiyyətlər müəyyən edilməklə qabaqlayıcı tədbir seçilib.
“İzvestiya” xəbər verir ki, o, təhsil almağı planlaşdırmayan əcnəbiləri təhsil vizası ilə dəvət edib. Popova onlara tələbə vizalarını 80 min rubla satıb.
Bundan əvvəl Popovanın yerində axtarışlar aparılıb.


Baxış sayı: 109


Bölməyə aid digər xəbərlər