Bütün xəbərlər
120 qeyri-qanuni miqrant müəyyən edilib
Tarix: 30-08-2024 09:11 | Bölmə: Karusel

Moskva vilayətinin Puşkino şəhərində polis və Rusiya Milli Qvardiyası pərakəndə anbarda çalışan işçilər arasında 120 qeyri-qanuni miqrant müəyyən edib, Rusiya Daxili İşlər Nazirliyi xəbər verir.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, qeyd olunduğuna görə, MDB və Afrika ölkələrindən olan yerli vətəndaşların işlədiyi anbar işçiləri arasında qanunsuz miqrantlar müəyyən edilib. 120 xarici ölkə vətəndaşı barəsində Rusiya Federasiyasının ərazisində olma rejiminin pozulmasına görə inzibati protokollar tərtib edilib. Onlardan 19-u Rusiya ərazisində qanunsuz əmək fəaliyyəti ilə məşğul olduqlarına görə, biri isə inzibati tənbehdən yayındıqlarına görə məsuliyyətə cəlb edilib.
Hər bir qanun pozucusu 5 min rubl cərimə ödəməli olacaq və gələcəkdə o, Rusiya Federasiyasından çıxarılacaq. “RİA Novosti” xəbər verir ki, 31 qeyri-qanuni mühacir məhkəmə qərarı icra olunana qədər xüsusi müəssisəyə yerləşdirilib.
Hüquq-mühafizə orqanları tərəfindən qanunsuz miqrasiyanın təşkilatçılarının müəyyən edilərək tutulması istiqamətində əlavə tədbirlər görülür.



Baxış sayı: 205


Bölməyə aid digər xəbərlər