Bütün xəbərlər
Üç hava limanında duman səbəbindən uçuşlar gecikir
Tarix: 29-08-2024 10:34 | Bölmə: Karusel

Sibirin üç şəhərinin hava limanlarında uçuşlar gecikir.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Qərbi Sibir Nəqliyyat Prokurorluğunun mətbuat xidmətinin məlumatına görə, söhbət Novosibirsk, Novokuznetsk və Omskdan gedir.
“Güc duman səbəbindən Moskva, Sankt-Peterburq, Vladivostok, Blaqoveşensk, Maqadan, Norilsk, Omsk, Barnaul, Novokuznetsk, Yakutsk, Pevekdən reyslər üçün ləngimələr elan edilib”, – prokurorluq Telegram kanalında bildirib.
Aeroflot, Smartavia, Pobeda, Rossiya, Sibir və Ural Hava Yollarının reysləri təxirə salınıb.
Nəqliyyat prokurorluqları daşıyıcıların hava xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsi haqqında qanunvericiliyə əməl etmələrinə nəzarət edir.





Baxış sayı: 183


Bölməyə aid digər xəbərlər