Bütün xəbərlər
Genişmiqyaslı yanğın söndürülüb
Tarix: 29-08-2024 10:29 | Bölmə: Karusel

Krımın Feodosiya yaxınlığındakı Təpə-Oba dağı yaxınlığında 150 hektar ərazini əhatə edən yanğın tamamilə söndürülüb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Orconikidze kəndi yaxınlığında yanğın avqustun 25-də başlayıb. Bu səbəbdən magistralın Feodosiya-Orconikidze hissəsində avtomobillərin hərəkəti müvəqqəti olaraq bağlanıb.
Yanğının öhdəsindən gəlmək üçün idarənin helikopterləri 112 uçuş həyata keçirərək, meşəyə 550 tondan çox yanğınsöndürən maye atıb. Rayonun Fövqəladə Hallar Nazirliyinin Baş İdarəsinin mətbuat xidmətindən verilən məlumata görə, tüğyan edən təbii fəlakət nəticəsində ölən və xəsarət alan olmayıb.
Versiyalardan birinə görə, yanğına səbəb yanğınla ehtiyatsız davranma olub və faktla bağlı cinayət işi başlanıb.



Baxış sayı: 207


Bölməyə aid digər xəbərlər