Bütün xəbərlər
Bild: "Almaniyada sursat utilizasiyası zavodunda partlayış baş verib"
Tarix: 28-08-2024 21:59 | Bölmə: Karusel

Almaniyanın Hünx şəhərindəki sursat utilizasiyası zavodunda partlayış baş verib, "Bild" xəbər verir.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,  jurnalistlər hadisə yerindən tüstü sütununun qalxdığını qeyd edirlər. Bir nəfərin yaralandığına dair sübutlar var.
Avqustun 26-da Leypsiq yaxınlığındakı Leuna şəhərində yerləşən Linde AG şirkətinin ərazisində yanğın baş verib.
KİV-in məlumatına görə, avtomobil qoşqu yanıb. Yanğından əvvəl partlayış səsi eşidilib.



Baxış sayı: 213


Bölməyə aid digər xəbərlər