Bütün xəbərlər
İnterpol tərəfindən axtarışda olan rusiyalı Bolqarıstanda həbs edilib
Tarix: 28-08-2024 21:45 | Bölmə: Karusel

Bolqarıstanda bank fırıldaqçılığı və əmlak dələduzluğuna görə beynəlxalq axtarışa verilmiş rusiyalı saxlanılıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,  bu barədə yerli “Varna24” nəşri hüquq-mühafizə orqanlarının nümayəndələrinə istinadən məlumat yayıb.
Avqustun 28-də səhər saatlarında Bolqarıstan polisinin keçirdiyi xüsusi əməliyyat çərçivəsində 58 yaşlı Rusiya Federasiyası vətəndaşı həbs edilib. Axtarışda olan şəxsin müqəddəs Konstantin və Yelena kurort kompleksinin ərazisində gizləndiyi dəqiqləşir.
Ekstradisiya prosesi başlayıb. Həbsin digər halları açıqlanmır.
Daha əvvəl bildirilmişdi ki, BƏƏ Rusiya Prokurorluğunun qətldə təqsirləndirilən rusiyalı Zulumxan Camalulayevin ekstradisiyası ilə bağlı müraciətini təmin edib.



Baxış sayı: 203


Bölməyə aid digər xəbərlər