Bütün xəbərlər
Daşqınlar 60-dan çox insanın həyatına son qoyub
Tarix: 22-08-2024 12:24 | Bölmə: Karusel


"Daily Times" xəbər verir ki, Yəməndə daşqınlar nəticəsində 270 minə yaxın insan zərər çəkib, 60 nəfər ölüb, 13 nəfər itkin düşüb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, "ictimai infrastruktur, o cümlədən məktəblər, yollar və səhiyyə obyektləri zədələnib", - BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisi (OCHA) bildirib.
BMT əlavə edib ki, daşqınlara güclü yağışlar səbəb olur və iqlim dəyişikliyi yağışların tezliyini və intensivliyini artırır. Hazırda seldən zərər çəkən 38 mindən çox ailə var.
"Ağır hava şəraitinin güclü yağışla bağlı əlavə xəbərdarlıqlarla sentyabr ayına qədər davam edəcəyi gözlənilir", - OCHA bildirib.



Baxış sayı: 303


Bölməyə aid digər xəbərlər