Bütün xəbərlər
Helikopter 5 gündür axtarışda olan turistləri təxliyə edib
Tarix: 22-08-2024 10:34 | Bölmə: Karusel

Altay diyarında 20 yaşlı oğlan və 19 yaşlı qızın Sinyuxa dağından çıxarılması üçün vertolyotdan istifadə edilib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, gənclər beş gecəni meşədə keçirməli oldular.
Əvvəllər bildirilib ki, onlar avqustun 17-də gəzintiyə çıxıblar və geri qayıtmayıblar. Hüquq-mühafizə orqanlarının əməkdaşları, xilasedicilər və könüllülər turistləri axtarırdılar.
Bir gün əvvəl sağ-salamat tapılsa da, dağlıq və meşəlik olduğundan xilasedicilər onlara nəqliyyat vasitəsi ilə çata bilmədiyindən gənclər daha bir gecəni meşədə keçirməli olublar.
Avqustun 22-də səhər saatlarında onlar üçün helikopter gəlib, daha sonra turistlər həkimlərə təhvil verilib, Altay ərazisi üzrə Fövqəladə Hallar Nazirliyinin məlumatında deyilir.



Baxış sayı: 222


Bölməyə aid digər xəbərlər