Bütün xəbərlər
Yanğının söndürülməsi zamanı xəsarət alan yanğınsöndürənlərin sayı 42-yə yüksəlib
Tarix: 21-08-2024 10:52 | Bölmə: Karusel

Proletarskda böyük yanğını söndürərkən xəsarət alan yanğınsöndürənlərin sayı artıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, dizel yanacağı anbarlarında baş verən yanğının dördüncü günündə 42 yanğınsöndürən tibbi yardım tələb edib.
Bu barədə TASS məlumat yayıb. “Ümumilikdə 42 nəfər xəsarət alıb, onlardan 15-i xəstəxanaya yerləşdirilib”, - materialda deyilir.
Bildirilir ki, 27 yanğınsöndürən ambulator müalicəyə göndərilib, daha ikisi Proletarski rayonundakı tibb müəssisələrinə yerləşdirilib, yeddi nəfər Rostov-na-Donuda, qalan altı nəfər isə Sankt-Peterburqda yardım alır.
Xatırladaq ki, dizel yanacağı anbarları vurulan Ukrayna PUA-larının dağıntılarının üzərinə düşməsi nəticəsində alovlanıb. Avqustun 20-də məlum olub ki, güclü yanğın nəticəsində onun sahəsi 10 min kvadratmetrə qədər artıb.



Baxış sayı: 198


Bölməyə aid digər xəbərlər