Bütün xəbərlər
Rusiya Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri Tuvada yanğınla mübarizəni davam etdirir
Tarix: 20-08-2024 10:29 | Bölmə: Karusel

Yanğın Tuvanın Tandinski rayonunun yaşayış məntəqələrindən beş kilometrlik zonada 270 hektar ərazini əhatə edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bir gün əvvəl yanğın Bay-Xaak (rayonun inzibati mərkəzi) kəndinə doğru yayılmağa başladığı üçün meşə təsərrüfatının əməkdaşları kəndi şumlayıblar.
Respublikanın başçısı Vladislav Xovalıq yerli Səhiyyə Nazirliyinin rəhbərliyinə risk altında olan sakinlərin təxliyəsi üçün nəqliyyat vasitələrini hazır saxlamağı tapşırıb.
Avqustun 18-də rayondakı üç düşərgədən 500-ə yaxın məktəbli Qızıla aparılıb.
Rusiya Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri və idarəyə məxsus Be-200 təyyarəsi yanğınla mübarizəni davam etdirir. Yanğının söndürülməsinə bölmənin 190-dan çox mütəxəssisi və 27 texnika cəlb olunub.



Baxış sayı: 210


Bölməyə aid digər xəbərlər