Bütün xəbərlər
Kursk vilayətinin sərhəd rayonlarını 13 minə yaxın uşaq tərk edib
Tarix: 19-08-2024 23:08 | Bölmə: Karusel

Kursk vilayətinin və ona bitişik ərazilərin sərhədyanı rayonlarını 13 minə yaxın uşaq tərk edib, deyə vilayət qubernatorunun müavini Viktor Karamışev bildirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, onun sözlərinə görə, doqquz bələdiyyədən azyaşlılar təxliyə edilib. Ümumilikdə orada 14359 uşaq yaşayırdı.
Çıxarılan uşaqlar Rusiya Federasiyasının digər bölgələrinə və ya Kursk vilayətinin digər ərazilərinə göndərilib.
Karamışev həmçinin bildirib ki, regional hakimiyyət yaxın günlərdə sərhədyanı rayonlar üçün distant təhsil rejiminin tətbiqi ilə bağlı qərar qəbul etməyi planlaşdırır, çünki məktəblilərin əyani təhsili mümkün deyil.
"Yaxın günlərdə bu rejim üçün bələdiyyələri konkret olaraq müəyyən edəcək operativ qərargah təşkil edilməlidir", - TASS onun sözlərindən sitat gətirir.
Qubernatorun səlahiyyətlərini icra edən müavini əmin edib ki, hakimiyyət sərhəd məktəblilərini təhsil almaq üçün lazım olan hər şeylə təmin edəcək: dərsliklər, planşetlər və noutbuklar.
Bu arada, Telegram-da Kursk vilayətinin sakinlərinə humanitar yardımın harada paylandığını öyrənməyə, itkin düşən qohumlar haqqında məlumat əldə etməyə və müvəqqəti yerləşdirmə mərkəzlərini tapmağa kömək edəcək xüsusi proqram peyda olub. Kursk hakimiyyəti Telegram-da xüsusi “Kursk Region” botunu işə saldı, bot adı: @PomogyKursk_bot



Baxış sayı: 238


Bölməyə aid digər xəbərlər