Bütün xəbərlər
Çindən Moskvaya uçan “Boeing” sərnişinə görə Novosibirskdə məcburi eniş edib
Tarix: 19-08-2024 16:59 | Bölmə: Karusel

Tolmaçevo mətbuat xidməti Quançjoudan Moskvaya uçan "Aeroflot Boeing" təyyarəsinin sərnişinlərdən birinin səhhətinin pisləşməsi ilə əlaqədar Novosibirsk hava limanına göndərildiyini bildirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, “Eniş təyyarədə olan xəstə sərnişinə görə baş verib”, - deyə, hava limanının nümayəndəsi TASS-a bildirib.
Təyyarənin paytaxta saat 16:00-da çatacağı planlaşdırılırdı.
Bundan əvvəl İrəvandan Moskvaya uçan təyyarənin Həştərxanda məcburi eniş etdiyi məlum olub.



Baxış sayı: 224


Bölməyə aid digər xəbərlər